Filippində Katolik Kilsəsinin üzvləri tərəfindən keçirilən “Xeyirli Cümə Mərasimi” zamanı 12 nəfər özünü çarmıxa çəkib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, COVİD-19 epidemiyası səbəbilə 3 il müddətinə dayandırılan ənənəvi “Xeyirli Cümə Mərasimi” bu il yenidən təşkil edilib.
Çarmıxa çəkilmə mərasimindən başqa, tövbə etmək istəyən xristian ziyarətçilər şəhər mərkəzindən ritualın keçirildiyi yerə qədər ayaqyalın və yarıçılpaq halda hərəkət edib və bambuk çubuqları ilə bellərinə vuraraq günahlarını etiraf ediblər.
Mehman