Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlıda döyüş sursatları aşkarlanıb

Qubadlıda döyüş sursatları aşkarlanıb


Qubadlıda döyüş sursatları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

Mehman
Xəbəri paylaş