ABŞ-ın Kentucky əyalətinin ən böyük şəhəri olan Luisvildə silahlı insdent baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, silahlı insdent zamanı çoxlu sayda insan həlak olub. İlk açıqlamalara görə, hücumda 5 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib. Hücum edənin zərərsizləşdirildiyi bildirilir.
Polis hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Mehman