ABŞ-ın Alyaska ştatında ac maral xəstəxana binasına girib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, maral aclıqdan xəstəxana binasının foyesinə qoyulan bitkiləri yeyib.
Xəstəxananın təhlükəsizlik üzrə direktoru Randy Hughes bildirib ki, maral binaya sensor qapıdan daxil olub.
Təhlükəsizlik qüvvələrinin səyi nəticəsində maral təhlükəsiz şəkildə binadan çıxarılıb.
Qeyd edək ki. oxşar hadisələr bölgədə əvvəllər də baş verib. Belə ki, ayıların təcili yardım otağına daxil olduğu hadisəsi yaşanmışdı.
Mehman