Pakistanda növbəti terror aktı həyata keçirilib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, hadisə ölkənin Bəlucistan əyalətinə bağlı Ketta qəsəbəsindəki Qandhari bazarında baş verib.
İlkin məlumata görə, bazara daxil olan minik avtomobillərindən birində baş verən partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Həmçinin, yaxınlıqdakı binalar və avtomobillər də partlayışdan ciddi ziyan görüb.
Hadisə bazarda qələbəlik olan zaman baş verib. Xilasedicilər və təcili tibbi yardım briqadası ərazidə iş aparır.
Mehman