12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində meyiti tapılaraq təhvil verilən və azad edilən erməniəsilli şəxslərin sayı açıqlanıb.
Newscenter.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində həlak olmuş 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib:
"Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçiləri olub".