Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəncirvari qəza, 12 əsgər yaralandı -ÖZƏL

Türkiyədə zəncirvari qəza, 12 əsgər yaralandı


Türkiyə zəncirvari yol qəzası baş verib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, qəza Türkiyənin Əskişəhər vilayətində qeydə alınıb. Sərnişin avtobusu, hərbi maşın və kiçik həcmli yük avtomobilinin toqquşması nəticəsində 12-si əsgər olmaqla 14 nəfər yaralanıb.

Belə ki, Adem Dəmirtaşın idarə etdiyi 07 ALN 088 dövlət nömrə nişanlı sərnişin avtobusu Əskişəhər-Seyitqazi yolunun yaxınlığında, İhlamurkənd məhəlləsi yaxınlığında Əli Sərtin istifadə etdiyi 26 GA 606 dövlət nömrə nişanlı mikroavtobus və jandarma əməkdaşlarını daşıyan maşına çırpılıb.

Qəza səbəbiylə təxminən 2 saat nəqliyyata bağlanan Əskişəhər-Seyitqazi avtomobil yolu ərazidə təhlükəsizlik və xilasetmə tədbirləri başa çatdıqdan sonra açılıb.

Mehman
Xəbəri paylaş