Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşqınlar Brazilyada minlərlə evi su altında qoydu -ÖZƏL

Daşqınlar Brazilyada minlərlə evi su altında qoydu


Braziliyada yağan aramsız yağışlar sel daşqınlarına səbəb olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, təbii fəlakət əsasən, ölkənin şimalına ciddi ziyan vurub. Daşqınlar burada 6 nəfərin həyatına son qoyub, minlərlə insan sel suları səbəbindən evsiz qalıb.

Təbii fəlakət ölkənin Maranha əyalətinin 64 şəhərində fövqəladə vəziyyətin elan edilməsi ilə nəticələnib. Ümumilikdı, daşqınlar bu vilayıtdə 7700 ailəni evsiz qoyub. 35 mindən çox insan isə nisbətən təhlükəsiz yerlərə təxliyə olunub.

Qeyd edək ki, bir müddət əvvəl Braziliyanın San-Paulu ştatında baş verən leysan yağışları və daşqınlar nəticəsində 65 nəfər həlak olmuş, 2000-dən çox insan evsiz qalmışdı.

Mehman
Xəbəri paylaş