Rusiyada son 60 ilin ən böyük vulkan püskürməsi hadisəsi baş verib.
Newscenter.az yerli mediaya istinadən bildidir ki, vulkan püskürməsi Rusiyanın Kamçatka vilayətində qeydə alınıb. Şiveluç vulkanının püskürməsindən sonra ətrafdakı 50 kilometr yaşayış məntəqələri küllə örtülüb.
Qeyd edək ki, Şiveluç vulkanı təxminən 6 ay bundan əvvəl aktivləşməyə başlayıb.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutundan verilən açıqlamaya görə, vulkanın püskürməsindən sonra kül buludları 15-20 kilometr yüksəkliyə qalxıb. Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini bürüyüb.
Baş vermiş hadisə ilə əlaqədar məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb. Vulkan nəticəsində evlərin içməli su xətlərinin də zədələndiyi, kranlardan palçığın axdığı və sakinlərin təmiz su ilə təmin olunmasında problemlərin yarandığı bildirilir.
Mehman