Finlandiyanın Rusiyadakı səfirliyinə tərkibində naməlum toz dənəcikləri olan məktub göndərilib.
Newscenter.az RİA-ya ostinadən bildirir ki, ilk göndərilən məktubun ardınca daha iki məktub səfirliyə göndərilib. Digər iki məktubun da içərisində naməlum toz dənəcikləri olub. Baş vermiş hadisə ilə əlaqədar olaraq səfirlik Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq XİN-ə bu barədə məlumat verib.
Qeyd edək ki, Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya qoşulduqdan və Moskva ilə Helsinki arasında münasibətlər kəskin şəkildə pisləşib.
Mehman