Putinın mayın 18-dən sonra “taxıl müqaviləsi”ndən çıxmaq qərarı çox real görünür. Çünki, Rusiya ABŞ qarşısında Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyub.
Amma Amerikanın bu tələbləri qəbul etməsi real görünmür. “Taxıl müqaviləsi”ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zaman da taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompramisə gəlinə bilər. Məsələn, Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası mümkün ola bilər.
Yox, əgər kompromis əldə edilməsə və Rusiya taxıl sazışındən çıxaraq ABŞ-ın hayfini yavan çörəyə göz dikən xalqlardan çıxarsa və bunu özünə şərəf bilərsə,o zaman qiymətlərdə bir müddət böyük artımlar ola bilər.
Bəs bu Rusiyanın idxalda yarada biləcəyi problemlər Azərbaycanda çörək qıtlığı və ya bahalaşması kimi hansı nəticəyə səbəb ola bilər. Əvvəlcə qeyd edək ki, Rusiya bunu davamlı saxlaya bilməz. Bəzi ölkələrdən olan dəstələrini də itirə bilər. Bu müəyyən zaman kəsiyində davam edə bilər. Bu müddət ərzində isə Azərbaycan üçün hər hansı ciddi nəticə gözlənilmir.
Qeyd edilməlidir ki, Azərbaycan hökümətinin strateji hədəflərə nail olmaq baxımındən 2 strateji istiqaməti diğərlərindən daha uğurlu olur. Biri "Hərbi strategiya", digəri "Buğda Strategiyası"-dır. "Buğda strategiyası isə ərzaq təhlükəsizliyi strategiyasının onurğa sütunudur. Bu ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 95% buğda idxal olunub. Daha dəqiq desək, cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib. Bu da əvvəlkindən 4,2 milyon ton, pul baxımdan isə 46,4 milyon çoxdur.
Hələ nəzərə alaq ki 2022-ci ilin yanvarında da buğda idxalı 2021 ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çox olmuşdu. Eyni zamanda idxal istiqamətində liderlikdə daha etibarlı hesab edilən ölkəyə doğru dəymişdi. Buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunmuşdur.
Yəni, hazırkı qiymətlərlə Azərbaycan kifayət qədər buğda ehtiyatı toplamışdır. Buna görə də buğda qiymətlərin bir neçə ay bahalaşsa da Azərbaycanın çörəyin qiymətini stabil saxlamağa imkanları vardır.
Eldəniz Əmirov-iqtisadçı