Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionun ən böyük siyasi və iqtisadi məkanına çevriləcək

Azərbaycan regionun ən böyük siyasi və iqtisadi məkanına çevriləcək


Avropa liderlərinin Azərbaycana səfərləri təsadüfi deyil. Əlbətdə ki bu Azərbaycanın regionda geosiyasi çəkisinin artdığını göstərir. Məsələn Antonio Costa mart ayında Bakıya gəlib və açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyətli tərəfdaşdır. Bu xüsusilə də enerji və təhlükəsizlik sahəsində daha çox özünü göstərir. Bu baxımdan əlbətdə ki Azərbaycana edilən Avropa liderlərinin səfərləri əsasən enerji təhlükəsizliyi ilə bağlıdır və alternativ mənbələrin axtarışı ilə daha çox əlaqəlidir. Avropa hələ də Rusiya qazından tam çıxmayıb və Azərbaycan qaz dəhlizi olaraq Avropaya qaz verən ən sabit tərəfdaşlardan biri hesab olunur.Son məlumatlara görə Azərbaycan qazı artıq Avropada daha çox ölkəyə çatdırılır. Bu səbəbdən Avropa ölkələri və Bakı arasında münasibətlərin dərinləşməsi prosesi daha çox intensiv hal alır. Heç şübhəsiz ki bunun Azərbaycan üçün faydaları daha çoxdur. Qaz ixracının artması, uzunmüddətli perspektivdə müqavilələr və dövlət gəlirlərinin artması, Azərbaycanı Avropanın gözündə yalnız enerji ölkəsi kimi yox, həmçinin Qafqazın əsas geosiyasi ölkəsi kimi göstərir. Bu proses davam etsə, Azərbaycan yaxın perspektivdə regionun diplomatik və iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Orta Dəhliz və logistika Avropanın xüsusi marağındadır. Burda Çin-Mərkəzi Asya -Xəzər-Azərbaycan-Türkiyə xətti xüsusi əhəmiyyət daşıyır. Bu xəttin gücləndirilməsi istiqamətində xüsusi diqqət yetirilir. Çünki bu marşrut Rusiyadan yan keçən alternativ ticarət yoludur və Azərbaycan bu layihədə əsas tranzit qovşağı olaraq görülür. Bundan əlavə regional təhlükəsizlik baxımından , İran ətrafında baş verənlər və gərginlik, Yaxın Şərqdə böhran və həmçinin Ukrayna müharibəsi fonunda Azərbaycan strateji tampon və dialoq məkanı kimi görünür. Bu baxımdan həm Avropa, həm də Ukrayna, Bakı ilə daha yaxın koordinasiya qurmaq istəyir. Bu da öz növbəsində Azərbaycana diplomatik nüfuz qazandırır və vasitəçilik rolunun güclənməsi üçün imkanlar yaradır. Heç şübhəsiz ki Avropa regionda sabitlik istəyir və enerji və ticarət layihələrinin risk altına düşməməsi üçün siyasət aparır. Eyni zamanda Avropa Ermənistanla da münasibətləri genişləndirir. Bu da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində mühüm rol oynayan amillərdən biridir. Avropa çalışır ki, iki ölkə arasında sülh tezliklə qurulsun və əlaqələr bərpa edilsin. Çünki bu həmçinin Avropanın da siyasətinə uyğun gəlir. Əlbətdə ki rəsmi Bakı bütün istiqamətlərdə balanslı siyasət yürüdür və bu da onun siyasi çəkisini artırır. Bu baxımdan Azərbaycana olan diqqət və səfərlər düşünülmüş siyasətdən doğur və intensiv hal almaqdadır.Həmcinin hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan regionun ən böyük siyasi və iqtisadi məkanına çevriləcək.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş