
Qərbi Qazaxıstan bölgəsində 25 kənd spirtli içkidən imtina edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Moy qorod" portalı yazıb. Kəndlər və bölgələr 2023-cü ilin yazında spirtli içkidən imtina etməyə başlayıb. Bunu ilk edənlər Sırım rayonunun Jetikol kəndinin sakinləri olub.
İki il sonra, 2025-ci ildə bölgədəki daha 22 yaşayış məntəqəsi bu siyahıya qoşulub.
Bildirilir ki, cinayətlərin əksəriyyəti spirtli içki qəbulundan qaynaqlanır. Buna görə də, içkidən imtina edən kəndlərdə cinayətkarlığın azalıb-azalmadığı sualı yaranır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, Tegisşil, Jumaev, Saraljın, Sarıkuduk, Besterek, Kosoba, Jetikol, Karaoy, Qızılbas, Almalı, Kalmakşabın, Kisıksay, Taldıbulak, Kalmak, Aksuat, Kenoy və Terenkuduk kəndlərində heç bir cinayət qeydə alınmayıb.
Anar









































