Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü" adlı tədbir keçiriləcək

"Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü" adlı tədbir keçiriləcək


Mayın 28-də Bakıda "Aztürk Holding"in təşkilatçılığı ilə "Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü" adlı konfrans keçiriləcək. Konfrans çərçivəsində Neoordo Strateji təqdimatı və memorandim imzalanma mərasimi olacaq.

Newscenter.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, xarici investorlar, beynəlxalq şirkət nümayəndələri, media qurumları və strateji tərəfdaşlar iştirak edəcək.

Tədbirin əsas çıxışçısı Aztürk Holdingin prezidenti, hüquq elmləri doktoru, beynəlxalq layihələrin müəllifi və “NeoOrdo” vizyonunun qurucusu Güləli Bağırov olacaq.

Qeyd edək ki, tədbirdə:

✔ NeoOrdo layihəsinin rəsmi strateji təqdimatı
✔ Beynəlxalq əməkdaşlıqlarla bağlı memorandum imzalanmaları
✔ Xarici investorlarla biznes görüşləri
✔ Azərbaycanın gələcək iqtisadi vizyonu
✔ Smart şəhər və innovativ infrastruktur konseptləri
✔ Premium networking və VIP qəbul proqramı həyata keçiriləcək.

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn iş adamları və tərəfdaşlarla yeni əməkdaşlıq imkanları müzakirə olunacaq.

Süleyman
Xəbəri paylaş