Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VI Autizm Festivalı keçiriib

VI Autizm Festivalı keçiriib


2 may 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Autizm Assosiasiyası və AzFest Group-un təşkilatçılığı ilə VI Autizm Festivalı keçirildi.

Newscenter.az xəbər verir ki, festivalda Bakı şəhəri və bölgələrdə autizm sahəsində fəaliyyət göstərən qurumlar öz işlərini ictimaiyyətin diqqətinə çatdırdılar.

Tədbirdə millət vəkilləri, tanınmış idmançılar, bir sıra gənclər təşkilatları, Gənclər Evləri, dövlət və özəl qurumların nümayəndələri iştirak etdilər. Festival çərçivəsində bocce, stolüstü tennis və atletika idman növləri üzrə yarışlar keçirildi. Qalib idmançılar müvafiq medal və diplomlarla təltif olundular.

Festival şou-biznes nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam etdi. Bu tədbir autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların bacarıqlarını nümayiş etdirmək və ictimai maarifləndirməni artırmaq məqsədi daşıyırdı.




Süleyman
Xəbəri paylaş