
Əgər Amerika tərəfi yanaşmasını dəyişərsə, xüsusən də həddindən artıq tələblərdən və təxribatçı hərəkətlərdən imtina edərsə, İran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. O, bunu regiondakı həmkarları ilə telefon söhbətlərində bildirib.
Nazirin Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Misir, İraq və Azərbaycanın xarici işlər nazirləri ilə söhbətlərindən sonra Telegram kanalında verdiyi açıqlamada deyilir:
"İran İslam Respublikası Amerika tərəfinin həddindən artıq tələblərinə, təhdid ritorikasına və təxribatçı hərəkətlərinə əsaslanan yanaşmasından narahatdır. Əgər Amerikanın bu yanaşması dəyişərsə, Tehran danışıqlar prosesini davam etdirməyə hazırdır".
Anar










































