
Özbəkistanın xarici ticarət dövriyyəsinin ən böyük payı Çin və Rusiyanın payına düşür.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% artıb.
Xarici ticarət dövriyyəsinə gəldikdə isə, ixrac 5,8 milyard dollar (-29,3%), idxal 12,2 milyard dollar (+30,8%) təşkil edib.
2026-cı ilin birinci rübündə Özbəkistan dünyanın 170-dən çox ölkəsi ilə ticarət əlaqələri həyata keçirib.
Özbəkistanın xarici ticarət dövriyyəsinin ən böyük payı Çin (25,6%), Rusiya (18,2%), Qazaxıstan (7,2%), Türkiyə (3,6%) və Əfqanıstanla (2,8%) olub.
Süleyman










































