Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərə qarşı cinayət işi açılıb, həbs qərarı verilib

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərə qarşı cinayət işi açılıb, həbs qərarı verilib


Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib.

Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb.

Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Xəbəri paylaş