Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Başlıbel qətliamından 30 il ötür

Başlıbel qətliamından 30 il ötür


Tariximiz qanlı səhifələrlə, faciələrlə doludur. Başlıbel qətliamı da müasir tariximizdə dərin iz buraxıb. Bu gün (aprelin 18-də) Birinci Qarabağ müharibəsinin ən dəhşətli və ağrılı hadisələrindən olan Başlıbel faciəsinin 30 ili tamam olur.
Söhbət Kəlbəcər rayonunun ən böyük yaşayış məntəqəsi olan Dəlidağın ətəklərində yerləşən Başlıbel kəndinin 62 sakini və eləcə də Laçından gəlib onlara qoşulan 9 əsgər ilə 4 nəfərdən ibarət bir ailənin faciəsindən gedir. Onlar 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələrinin qeyri-humanistliyə, qəddarlığa yol verərək yolları kəsməsi nəticəsində kəndi tərk edə bilməyib, 113 gün kəndin ətrafındakı kahalara çəkilərək məhrumiyyətlərlə dolu həyat yaşayıb.

Lakin aprelin 18-də kənddəki evləri yağmalamağa gələn erməni hərbçiləri quldurlar kimi soyğunçuluq etməklə bərabər, tank və digər texnika ilə kahaları da mühasirəyə alıb, müxtəlif çaplı silahlardan mağaralardakı soydaşlarımızı atəşə tutublar. İşğalçı ermənilərin bu vəhşiliyi nəticəsində 18 nəfər azərbaycanlı sığındıqları kahalarda qətlə yetirilib, 14 nəfər isə girov götürülüb.

Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Başlıbel şəhidlərinin də qisasını alıb, torpaqlarımızı düşmən əsarətindən azad edib. İndi Başlıbel faciəsinin faciəsinin qurbanlarının dəfn olunduğu kütləvi məzarlıqda uyuyan şəhidlərin qəbirlərini ziyarət etmək mümkündür.

Erməni vəhşiliklərini heç vaxt unutmaq olmaz. Biz Başlıbel şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ruhları şad olsun. Allah xalqımızı, dövlətimizi qorusun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş