Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda mərasim faciəyə yol açdı, 13 nəfər öldü -ÖZƏL

Hindistanda mərasim faciəyə yol açdı, 13 nəfər öldü


Hindistanın Maharaştra əyalətində keçirilən təntənəli mükafatlandırma mərasimi faciə ilə yekunlaşıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, mərasim zamanı 30-64 yaş arasında olan 9-u qadın olmaqla 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib. Bundan başqa daha 20 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan 8 nəfərin müalicəsi hələ də davam edir. Faciəyə səbəb anomal istilər və mərasim iştirakçılarının qızmar günəş altında tədbiri izləməsi olub.

Bu arada Hindistan Meteorologiya Departamentinin (IMD) məlumatına görə, ölkənin bir çox şəhərində havanın temperaturu 40 dərəcəyədək yüksəlib.

Mehman
Xəbəri paylaş