İsveçin Göteborq şəhərində dövlət qurumlarının qarşısında terror təşkilatı PKK-nın bayraqları asılıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, İsveçin bu addımı sözügedən ölkənin NATO-ya üzvlük üçün Türkiyədən dəstək ala bilməməsi ilə əlaqədardır. Rəsmi Ankara Finlandiyanın NATO-ya üzv olmasına dəstək versə də, lakin İsveç üçün "yaşıl işıq" yandırmadı. Buna səbəb isə İsveçin Türkiyənin bəzi şərtlərinə əməl etməməsi oldu.
Qeyd edək ki, Türkiyə İsveçdən terrora dəstəyi dayandırmağı, islamofobiya ilə mübarizə aparmağı, üzərinə götürdüyü öhdəliklərə əməl etməyi istəyirdi. Lakin İsveç Türkiyənin irəli sürdüyü şərtlərin heç birinə əməl etmədi.
Mehman