Pakistanda torpaq sürüşməsi baş verib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, hadisə ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində qeydə alınıb. Belə ki, Əfqanıstanla sərhəddə Torkham sərhəd-keçid məntəqəsi yaxınlığında güclü fırtına zamanı torpaq sürüşməsi baş verib.
Torpaq sürüşməsi nəticəsində magistral yolda hərəkət edən 20-dən çox yük maşını torpaq altında qalıb. Rəsmilərin verdiyi ilkin məlumata görə, təbii fəlakət zamanı. iki nəfər həyatını itirib.
Mehman