Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələr aşkarlanıb.
Bu barədə Newscenter.az-a SOCAR “Azəriqaz” İB-dən bildirilib.
Kənar müdaxiləyə məruz qalan Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
Qurum abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.
Sevinc