Türkiyənin Ərzurum vilayətində zəlzələ olub. Newscenter.az haber7.com-a istinadən bildirir ki, yeraltı təkanlar Ərzurumun Aşkale rayonunda baş verib.
Türkiyənin Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyinin yaydığı xəbərə görə, zəlzələ 3,8 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar yerin 16,78 kilometr dərinliyində olub.
Mehman