Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib.
“Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, - Filatov sosial şəbəkədə qeyd edib.
Xatırladaq ki, daha öncə cəbhədən uzaqda yerləşən Uman şəhərinə zərbə endirildiyinə dair məlumat yayılmışdı.