Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Artıq, ölkəyə giriş-çıxışa nəzarət həyata keçirilir. -ÖZƏL

Artıq, ölkəyə giriş-çıxışa nəzarət həyata keçirilir.


Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında qoyulan Azərbaycanın nəzarət buraxılış məntəqəsindən intensiv hərəkət müşahidə edilir. Bu gün ərazidən yayılan videogörüntülərdən də aydın görünür ki, Qarabağın erməni sakinləri sərbəst şəkildə pasport yoxlamasından keçərək ərazidən məhdudiyyətsiz hərəkət edə bilirlər.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay deyib ki, Azərbaycanın Ermənistanla sərhədində, Laçın rayonu hüdudundakı dövlət sərhəd zolağında ölkə sərhədi tamlığının təmini və infrastruktur möhkəmliyi istiqamətli işlər yekunlaşmaqdadır. İlqar Altayın sözlərinə görə, artıq, ölkəyə giriş-çıxışa nəzarət həyata keçirilir:

"Ermənistandan Qarabağ, Xankəndi bölgəsinə keçən erməni və digər, hər hansı xarici şəxslər sənəd və yük nəzarət-yoxlanışından keçirilirlər".

Mərkəz rəhbəri qeyd edib ki, dövlətlərin suverenliyi onların sərhədinin, yəni ərazi bütövlüyünün tanınması, sayılmasından başlanır.

Mehman
Xəbəri paylaş