"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ermənilərin mina terroru davam etməkdədir və müvafiq beynəlxalq təşkilatlar, dünya birliyi də bu terroru sakit, səssiz şəkildə müşahidə etməklə məşğuldur".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. 44 günlük Vətən müharibəsi başa çatandan bu günə qədər işğaldan azad edilən ərazilərdə 300-ə yaxın mina partlayışının qeydə alındığını diqqətə çatdıran Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, həmin hadisələr zamanı 60-a yaxın vətəndaşımız həlak olub:
"Həmçinin 250-yə yaxın vətəndaşımız mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Ancaq təəssüf hissi ilə qeyd edərdim ki, müvafiq beynəlxalq təşkilatlar, dünya birliyi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyiu mina terrorunu görməzdən gəlir, bu problemi aradan qaldırmaq üçün bizə lazımı dəstəyi göstərmir".
Arzuman Muradlı onu da deyib ki, ötən 3 ilə yaxın müddətdə 60-a yaxın vətəndaşımızın mina partlaması nəticəsində həlak olması onu deməyə əsas verir ki, bir sıra beynəlxalq qurumlar üçün insan taleyi maraqlı deyil.
Mehman