Şiddətli Mərmərə zəlzələsinin olma ehtimalı səslənən bir ərəfədə zəlzələ ilə yanaşı sunaminin də ola biləcəyi ilə bağlı İstanbulda ciddi narahatçılıq hökm sürür.
Newscenter.az "Haber Global"a istinadən bildirir ki, mümkün təhlükə ilə bağlı İstanbulun müxtəlif istiqamətlərinə sunaminin olacağı təqdirdə insanların hara qaça biləcəyinə dair nişanlar yerləşdirilib.
Məlumata görə, sunami dalğalarının İstanbul sahillərinə və sahil xətti boyunca bəzi tikililərə təsir edəcəyi ilə bağlı xəbərdarlıqlar edilir. İddiaya görə, 7,2 və daha yüksək zəlzələdən sonra İstanbulun cənub sahillərində dalğanın hündürlüyü 2-4 metrə çatacaq. Avropa tərəfində Fatih, Zeytinburnu, Avcılar, Büyükçekmece, Küçükçekmece və Silivri, Anadolu tərəfində Maltəpə, Kadıköy, Kartal sahil xətti, sunami riski altında olan əsas yaşayış məntəqələri sayılır.
Mehman