Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, - DYP rəsmisi vurğulayıb.