Rusiyaya hücum zamanı Çernobılda mövqe tutan rus əsgərləri radiasiyaya məruz qalıblar.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, "The Times" qəzeti bu barədə yazıb. Qəzetin iddiasına görə, rus əsgərləri Belarusdan Çernobıla keçib orada mövqe tutan rus əsgərlərinə şəhərə yaxın məsafədə yaşayan ukraynalılar şüalanmadan ehtiyatlı olmağı, heç bir qida və mineral ehtiyatlardan istifadə etməməyi tövsiyə edib.
Lakin günlərlə ac-susuz qalan rus əsgərləri əlacsız qalaraq yaxınlıqdakı gölməçələrdən balıq tutaraq qidalanıblar. Radiasiyaya məruz qalmış balıqdan yeyən rus əsgərlərinin də eyni problemi yaşadıqları ortaya çıxıb. Hələlik radisiyaya məruz qalan rus əsgərlərinin sayı açıqlanmasa da, onların kifayət qədər çox olduğu bildirilir.
Mehman