Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter..az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən daxil olub. Bildirilib ki, qeyd edilən ərazilərdə içməli suyun verilməsində yaranan fasiləyə səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə işlərinin aparılmasıdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc