Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda təxribatlar ola bilər -ÖZƏL

Qarabağda təxribatlar ola bilər


Adətən Azərbaycan və Ermənistan üçüncü bir tərəfin təşəbbüsü ilə görüşüb sülh danışıqlarını müzakirə etdikdən və ümumi razılığa gəldikdən dərhal sonra qarşı tərəf yeni təxribatlara əl atır, mövqelərimizi atəşə tutur, diversiya hərəkətlərinə cəhd göstərir. Dəfələrlə təkrar olunan bu kimi mənfi tendensiya ilə yenidən qarşılaşa biləcəyimiz şübhə doğurmur. Elə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Nazim Cəfərsoy deyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müzakirələrinin yeni mərhələyə keçdiyi bu günlərdə başta Qarabağ və Ermənistan sərhəddi olmaq üzrə ölkənin hər yerində təxribatların həyata keçirilməsi ehtimalının yüksək olduğunu nəzərə almaq lazımdır:

"Bu cür təxribatların hədəfləri arasında Azərbaycanın xaricdəki bütün təmsilçiləri səfirlik, konsulluq, mədəniyyət evləri və ya müxtəlif mülki vətəndaşlar da ola bilər".

Mehman
Xəbəri paylaş