Əfqanıstanda bir-birinin ardınca bir neçə zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeraltı təkanlar ölkənin müxtəlif bölgələrində qeydə alınıb. İlkin olaraq baş verən 4,2 və 4,4 ballıq zəlzələlərin episentri Bədəhşan əyalətinin Kurm və İskasim rayonları, eləcə də Hindikuş dağları olsa da, daha sonra isə zəlzələ əsasən Kurm qəsəbəsində təkrar olunub.
Sonrakı zəlzələnin gücü 5,3 baş olaraq qeydə alınıb.
Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, eləcə də qonşu Tacikistan və Pakistanda hiss olunub.
Mehman