Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiyada məktəbə silahlı hücum olub -ÖZƏL

Serbiyada məktəbə silahlı hücum olub


Serbiyada orta mıktəblərdən birinə silahlı hücum olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, silahlı şəxs məktəbə daxil olar-olmaz qarşısına keçən hər kəsə atəç açmağa başlayıb. O, əvvəlcə məktəbin mühafizəçisini qətlə yetirib.

Daha sonra isə təhsil müəssisəsinin mərtəbələrinə qalxan silahlı 5 şagirdə güllə xəsarəti yetirib.

Silahlı şəxsi zərərsizləşdirmək üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada cinayətkarın 7-ci sinif şagirdi olduğu bildirilir. Məlumata görə, Belqradda Vladislav Ribnikar ibtidai məktəbinin 7-ci sinif şagirdi səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açıb.

Hücum nəticəsində məktəbin mühafizəçisi daxil olmaqla 9 nəfərin öldüyü bildirilir.

Mehman
Xəbəri paylaş