Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş təmas xətti çox sıx və dəhşətli dərəcədə minalanmaya məruz qalıb -ÖZƏL

Keçmiş təmas xətti çox sıx və dəhşətli dərəcədə minalanmaya məruz qalıb


“Keçmiş təmas xəttində yerləşən bütün ərazilərimiz işğal dövründə ermənilər tərəfindən minalanıb”.

Bu fikirləri Newscenter.az-a səsləndirən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, təmas xəttindəki bütün ərazilərimiz eyni səviyyədə minalanıb: “Hələlik, dəqiq müəyyən etmək olmayıb ki, hansı ərazimizdə daha çox, hansında bir qədər az mina basdırılıb”.

İctimai Birlik sədri deyib ki, keçmiş təmas xətti çox sıx və dəhşətli dərəcədə minalanmaya məruz qalıb:

“Ona görə də əhali hesab etməməlidir ki, keçmiş təmas xəttini keçib Qarabağın içərilərinə doğru hərəkət etdikdə orada mina və ya partlamamış hərbi sursatlara rast gəlinmir. Bu çox səhv düşüncədir. Çünki Birinci Qarabağ müharibəsindən qalan minalar və partlamamış hərbi sursatlar həmin ərazilərdədir. Ona görə də mina qurbanlarının keçən il aparılan analizi göstərdi ki, keçmiş təmas xəttindən içərilərdə baş verən minna hadisələri təmas xəttinin özündə baş verən hadisələrdən bir qədər daha çoxdur”.


İnqilab Süleymanov
Xəbəri paylaş