Azərbaycan ikinci dünya müharibəsində bir çox istiqamətdə iştirak edib. İnsan faktorundan tutmuş texnika, təbii sərvətlər, qızıl, gümüş, pul, ərzaq, geyim və sairələr ilə Sovet dövlətinin Faşizm üzərində qələbəsinə tam əminliklə deyirəm birbaşa səbəb olub. Ruslar Stalinin, Mikoyanın və Baqramyanın göstərişi ilə Azərbaycanın bütün fəaliyyətini gizlətməyə çalışmışdılar. Məhz Bakıya qəhrəman şəhər adı verilməməsinə də bu üçlük səbəb olub. Neçə neçə azərbaycanlı sovet ittifaqı qəhrəmanı adından mərhum edilib, neçə neçə insanın zəhməti gizlədilib. Gizlədilən faktlardan biri də sovet əsgərlərinin döyüşdə yaralarının sağalmasına birbaşa kömək olan Naftalan neftinin əhəmiyyəti idi.
1917-ci ildə yaşanan dünyəvi siyasi qarışıqlıq Naftalana da öz təsirini göstərmişdi. Belə ki, ölkədə yaşanan siyasi münaqişələr zəmnində Naftalandakı mədən və təsislər tamamilə xarabaya çevrilmişdi. Ancaq 1929-cu ildə rus alim V.Aleksandrov rəhbərliyindəki bir qrup araşdırmaçı elm adamı Naftalana göndərildi. O dövrdən etibarən Naftalandan bir şəfa mərkəzi kimi yararlanılmağa başlanılmışdır. Naftalan nefti və neftdən emal olunan qətransızlaşdırılmış məlhəmlər 1939-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı hərbi tibb ocaqlarında uğurla istifadə olunmuşdur. Yəni, Birinci Dünya müharibəsində almanların və yaponların yarasına məlhəm olan naftalan nefti, İkinci Dünya müharibəsində də rusların imdadına çatmışdı.
Bunu heç bir rus və sovet tarixçisi yazmayıb. Gizlədiblər bu faktı. Amma daha zaman o zaman, alimlər də o alimlər deyilər. İkinci dünya müharibəsində bir əsgər, zabit və sıravi vətəndaş yaralardan sağalıbsa bunda Naftalan neftinin əhəmiyyəti çox böyük olub.
Zaur Əliyev, dosent