Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyindən zəlzələ qurbanlarına yardım-VİDEO -ÖZƏL

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyindən zəlzələ qurbanlarına yardım-VİDEO


Türkiyədəki dağıdıcı zəlzələnin qurbanlarına yardımlar davam edir. Newscenter.az xəbər verir ki, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən zəlzələ qurbanlarına 8 ədəd konteyner ev göndərilib.

Dərnəyin sədri İlhan Aşkın bildirib ki, zəlzələ qurbanları üçün hazırlanan konteyner evlər Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə toplanan yardımlar hesabına ərsəyə gətirilib.

Antalya şəhərində yığılan konteyner evlərdə yaşayış üçün bütün zəruri ehtiyaclar qarşılanıb. Dərnəkdən bildirilib ki, konteyner evlər zəlzələ qurbanlarına təhvil verilmək üçün Antalyadan təbii fəlakət zonasına göndərilib.

]

Anar Əliyev
Xəbəri paylaş