Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda iranlı saxta polislər saxlanıldı -ÖZƏL

İstanbulda iranlı saxta polislər saxlanıldı


İstanbulda özlərini polis kimi təqdim edərək saxladıqları xarici ölkə vətəndaşlarının pullarını oğurlayan 3 iranlı saxlanılıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilər həbs edilib.

Aparılan araşdırmada polis əvvəlcə şübhəlilərin istifadə etdikləri avtomobilin nömrəsini, sonra isə şəxsiyyətlərini müəyyən edib. İran əsilli olduğu öyrənilən şübhəlilərdən Səid R. (30), Fərhad K. (42), Hüseyn R. (37) nəzarətə alındı. Asayiş Şöbə Müdirliyində sorğu-sual edilən şübhəlilərin İstanbulda oxşar şəkildə baş verən 12 ayrı hadisənin iştirakçıları olduğu ortaya çıxıb.

Mehman Mehdiyev
Xəbəri paylaş