Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kolumbiyada 17 gün əvvəl qəzaya uğrayan təyyarədən 4 uşaq sağ tapıldı -ÖZƏL

Kolumbiyada 17 gün əvvəl qəzaya uğrayan təyyarədən 4 uşaq sağ tapıldı


Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları tapılan kiçik təyyarədə olan 4 uşaq sağ tapılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sağ qalanlar arasında 11 aylıq körpə də var.

Kolumbiya prezidenti Qustavo Petro, Twitter hesabından verdiyi açıqlamada, "Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarada qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu gördük. Bu ölkə üçün böyük sevincdir" deyə, bildirib.

13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoqueun qəzadan necə sağ çıxması və 17 gün hansı şəraitdə sağ qalması ilə bağlı hələlik heç bir məlumat yoxdur. Qəza zamanı təyyarədə olan 4 nəfərin isə cəsədi aşkarlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş