Türkiyənin Adana şəhərində gün ərzində ikinci bir zəlzələ baş verib.
Newscenter.az "Haber Global"a istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladı Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb. AFAD-ın məlumatına görə, bu dəfəki zəlzələ 4 bal gücündə olub. Adanın Saimbeyli qəsəbəsində qeydə alınan yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, Adanada bundan əvvəl 4,9 bal gücündə daha bir zəlzələ baş verib.
Mehman Mehdiyev