Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Obalının döyülməsi mürtəce savaşın tərkib hissəsidir -ÖZƏL

Əhməd Obalının döyülməsi mürtəce savaşın tərkib hissəsidir


Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı və oğlu Dənizin Birləşmiş Ştatlarda vəhşicəsinə döyülməsi ciddi etirazla qarşılanıb. Ona qarşı həyata keçirilən bu vandallığın arxasında birmənalı olaraq İranın dayandığı iddia olunur. Elə ictimai-siyasi fəal, tanınmış həkim Adil Qeybulla da hesab edir ki, Əhməd Obalıya qarşı edilən hücum millətimizin bütövləşməsi istəklərinə qarşı aparılan amansız mürtəce savaşın tərkib hissəsidir.

Newscenter.az-ın xəbərinə görə, Adil Qeybulla onu da deyib ki, İran və Rusiyanın istila siyasətinin hissələrə parçaladığı Azərbaycan türklərinin bütövləşməsi tarixi ədalətin bərpası olub zaman məsələsidir:

"Dəyərli Güneyli soydaşımız, Bütöv Azərbaycan uğrunda haqq mübarizəsinin mücahidlərindən biri Əhməd Obalı və oğlu Dənizin vəhşicəsinə və ölümcül döyülməsi uca millətimizin bütövləşməsi istəklərinə qarşı aparılan amansız mürtəce savaşın tərkib hissəsidir. Əbəs cəhdlərdir".

Anar Əliyev
Xəbəri paylaş