Gürcüstan prezidenti Salome Zurabişvili gözlənilməz situasiya ilə qarşılaşıb. Newscenter.az "Haber Global"a istinadən bildirir ki, Salome Zurabişviliyə uçuş qadağası qoyulub.
Belə ki, dövlət başçısına uçuş qadağasını paytaxt Tbilisidə yerləşən “Georgian Airways” aviaşirkəti tətbiq edib. Şirkətin direktoru Tamaz Qayaşvili bildirib ki, Gürcüstan prezidenti Zurabişvili şirkətin təyyarələri ilə səyahətə, səfərlərə gedə bilməz.
Qeyd edək ki, prezident Salome Zurabişvilinin sözügedən aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsinə cavab olaraq şirkət Gürcüstan prezidentinə uçuş qadağası tətbiq edib.
Anar Əliyev