“CamperPark Həkəri“ layihəsini icrasını uğurla həyata keçirən Sevara Group şirkəti Laçında təkcə bu fəaliyyətlə kifayətlənmək niyyətində deyil.
Newscenter.az-ın xəbərinə görə, sözügedən şirkətin rəhbəri Rəşad Quliyev özü bu barədə məlumat verib. Rəşad Quliyev bildirib ki, rəhbərlik etdiyi Sevara Group şirkəti Laçında digər xidmət sektorlarında da fəaliyyət göstərəcək:
"Avropa Şirkəti olaraq yüksək keyfiyyət və yerli sakin olaraq Laçınımızın yenidən qurulmasında iştirak etmək üçün yeni möhtəşəm layihələrimizi rəhbərliyə təqdim etdik".
Qeyd edək ki, Sevara Group şirkəti “CamperPark Həkəri“ layihəsi çərçivəsində Laçındakı Həkəri çayı sahilində turizm istirahət mərkəzi yaratmaq istiqamətində fəaliyyət göstərir.
Anar Əliyev