Avstraliya Federal Polisi ilin ən böyük əməliyyatını həyata keçirib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, polis külli miqdarda narkotik vasitənin qeyri-qanuni dövriyyəsinin qarşısını alıb.
Ələ keçirilən narkotikanın ümumi məbləğinin 273 milyon dollardan artıq olduğu bildirilir. Hazırda polis narkotiklə ələ keçirilən dəstənin arxasında duran transmilli cinayətkar təşkilatı müəyyən etmək istiqamətində çalışır.
Qeyd edək ki, 300 kiloqramdan artıq metamfetamin maddəsi polad hidravlik presin içərisində aşkar olunub.
Mehman Mehdiyev