Nasistlərin lideri Adolf Hitlerin 1889-cu ildə anadan olduğu ev polislərin təlimi üçün nəzərdə tutulan məkana çevrilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau Am Inn-dəki ev bundan sonra polis əməkdaşlarına insan haqları üzrə təlimlər keçirmək üçün istifadə olunacaq. Hökumətin uzun mübahisədən sonra keçən il aldığı binada əvvəlcə təmir bərpa işləri həyata keçiriləcək. Təmir işlərinin payızda başlayacağı gözlənilir.
Qeyd edək ki, sözügedən ev uzun müddətdir xeyriyyə təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün gündüz baxımı mərkəzi kimi istifadə olunurdu.
Anar Əliyev