Türkiyənin Əskişehir şəhərində qəribə olay yaşanıb.
Newscenter.az trthaber-ə istinadən verdiyi xəbərə görə, Sağlamlıq Odunpazarı Bələdiyyəsi, Evinizdə (SOBE) qrupu və Bələdiyyənin Təmizlik İşləri Müdirliyi və Kənd Xidmətləri Müdirliyi qrupları ilə birlikdə Şehit Leventdəki bir yaşayış binasının ikinci mərtəbəsindəki mənzildən pis qoxuların yayılması ilə bağlı şikayət əsasında hərəkətə keçdi.
B.K. adlı şəxsin evinə daxil olan qruplar otaqlarda uzun müddət saxlanmış yığın-yığın çürük ərzaq məhsulları, paltarlar, plastik butulkalar, qalay qutular, taxta materiallar, ev əşyaları, çanta və kağızlarla qarşılaşıblar.
50 tona yaxın zibil yığılaraq maşınlara yüklənib. Zibildən təmizlənən evdə qruplar tərəfindən dezinfeksiya işləri aparılıb.
Mehman Mehdiyev