Pakistanın keçmiş baş naziri İmran Xanın zaminə buraxılması barədə məhkəmə qərar verib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Terrorla Mübarizə Məhkəməsi İmran Xanın mühakimə olunduğu 8 iş üzrə onun iyunun 8-dək zaminə buraxılmasını məqbul sayıb. Məhkəmə keçmiş baş naziri girov müqabilində azadlığa buraxıb.
Qeyd edək ki, 2022-ci ilin aprelində baş nazir postundan uzaqlaşdırılan İmran Xana qarşı 90-dan çox məhkəmə iddiası var.
İddia edilir ki, İmran Xan və həyat yoldaşı Əl Kadir Universitetini tikmək üçün Pakistanın əsas daşınmaz əmlak maqnatı Malik Riazdan böyük torpaq sahəsi və milyardlarla rupi alıblar.
Anar Əliyev