Hindistanda toy günü qəribə olay yaşanıb.
Newscenter.az trthber-ə istinadən bildirir ki, Uttar Pradeş əyalətinin Bareilly şəhərində bir cütlük 2,5 illik münasibətini evliliklə bitirmək qərarına gəlsə də, lakin proses elə də asan olmayıb.
Belə ki, toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy mərasim zalından qaçıb. 20 kilometrlik bir ərazidə iki saatlıq axtarışdan sonra sonra gəlin bəyi tapa bilib. Bareilly kənarındakı məbədə gətirilən bəy orada gəlinlə nikaha girərək evlənib.
Mehman Mehdiyev