İstanbul polisinin şəhərin əsas Hava Limanında keçirdiyi əməliyyat nəticəsində qeyri-qanuni yollarla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 35 milyon lirə dəyərində 24 kilo külçə halında qızıl ələ keçirilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, qızıllar Türkiyəyə gələn əcnəbi vətəndaşlardan aşkar edilib. Belə ki, 6 əcnəbi vətəndaş külçə qızılı belinə dolayaraq Türkiyəyə gətirməyə cəhd edib.
Şübhəli şəxslərin ifadələri alındıqdan sonra onlar ədliyyəyə sövq ediliblər.
Mehman Mehdiyev