Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda ticarət mərkəzi yanır -ÖZƏL

İstanbulda ticarət mərkəzi yanır


Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzlərindən birində yanğın başlayıb.

Newscenter.az
"Haber Global"-a istinadən bildirir ki, yanğın İstinyedəki alış-veriş mərkəzlərindən (AVM) birində olub. Dərhal hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.

Xilasedicilər qısa müddət ərzində ticarət mərkəzindən insanları təxliyyə etməyi bacarıb. Hələlik yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

Mehman Mehdiyev
Xəbəri paylaş